Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar

Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və İ.Əliyevin qudası Rövşən Mustafayev övladlarına toy mərasimi təşkil etdiklərinə görə inzibati məsuliyyətə cəlb olunaraq 15 sutka müddətinə həbs ediliblər.

PİA.az xatırladır ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan başqa, R.Mehdiyevin nəvələri və digər 15 şəxs cərimələnib.

Ramiz Mehdiyevin qızı, həbs edilən İlham Əliyevin həyat yoldaşı Əliyeva Kamilə Ramiz qızıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir.

K.R.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. K.R.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Toyda iştirak etdiklərinə görə cəzalandırılanların sayı 20-dən çoxdur. K.Əliyeva barəsində hansısa tədbirin görülüb-görülməməsi barədə məlumat yoxdur. (yenisabah.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar